Türkiyədə əri tərəfindən döyülən Tülay
15:33 26 fevral 2021

Türkiyədə əri tərəfindən döyülən Tülay

Ərinin döydüyü qadının gözündən qan axdı - FOTO

Türkiyənin İstanbul şəhərində şok ailə cinayəti olub.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, şəhərin Bayrampaşa qəsəbəsində 20 yaşlı Tülay adlı qadını əri telefonla döyüb. Məlumata görə, 1 il əvvəl toydan sonrakı gündən arvadına şiddət göstərdiyi deyilən ər əvvəlcə telefonla, daha sonra  yumruqla qadının gözünə zərbə vurub. Buna səbəb isə qadının telefonda videoya baxması olub.

İddiada bildirilir ki, ər arvadının telefonda videoya baxdığını görüb, telefonu götürüb izləyəndə isə qəfil ekrana oğlan görüntüləri gəlib. Bundan hiddətlənən ər “Sən camaatı izləyirsən?” deyə, telefonu 20 yaşlı arvadının gözünə çırpıb, sonra gözünə zərbə vurub.

Gözündən qan axan gənc qadın əri evdən gedən kimi, dərhal qonşuya qaçıb və polisə xəbər verib. Polisin saxladığı kişi isə ifadəsi alınandan sonra sərbəst buraxılıb.

# 1548
avatar

Mehman Nəbiyev

Oxşar yazılar