Ərini öldürüb, meyiti kolluğa atan qadınla bağlı YENİ XƏBƏR
10 sentyabr 2021 09:28 (UTC +04:00)

Ərini öldürüb, meyiti kolluğa atan qadınla bağlı YENİ XƏBƏR

9 il əvvəl Neftçalada ərini öldürən Dilşad Manafovanın cinayət işi üzrə ibtidai istitnaq yekunlaşıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki. 2013-cü il fevralın 9-da  Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 2012-ci il dekabrın 27-də birgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb. Daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə həmin il dekabrın 28-ə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbirstanlığın yanındakı kolluq əraziyə atıb.

Bu il iyulun 12-də Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 3042
avatar

Mehman Nəbiyev

Oxşar yazılar