Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 32 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.