Oğurluğa görə saxlanılan
11 mart 2021 10:53 (UTC +04:00)

Oğurluğa görə saxlanılan

Dövlət əmlakını oğurlayanlar saxlanıldı

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu N\qliyyatında Polis İdarəsinin Yevlax stansiya Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, mart ayının 10-da daxil olmuş məlumat əsasında Yevlax stansiya Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə drossel tağlarını oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkum edilmişlər Azad Hüseynov və Dilqəm Abdullayev maddi sübutlarla birlikdə saxlanılıb.

Araşdırmalarla onların 100 metr uzunluğunda dövlət əmlakı olan tağları oğurlamaqla 1520 manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

# 1647
avatar

Oxşar yazılar