Dövlət əleyhinə çağırışlar edən blogger MƏHKƏMƏDƏ
10 mart 2021 09:20 (UTC +04:00)

Dövlət əleyhinə çağırışlar edən blogger MƏHKƏMƏDƏ

Dövlətə yönələn açıq çağırışlar etməkdə və milli düşmənçilik salmaqda təqsirləndirilən Aslan Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, A.Qurbanov bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Mehman Nəbiyev

Oxşar yazılar