Dostunu döyüb, 83 yaşlı anasını zorladı
02 yanvar 2024 18:57 (UTC +04:00)

Dostunu döyüb, 83 yaşlı anasını zorladı

Leninqrad vilayətinin Slantsy şəhərində qoca qadın zorlanıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Qriboyedov küçəsindəki mənzillərdən birində qalan şəxs ev sahibi olan tanışını döyüb, onun təqaüdçü anasını da zorlayıb.

İstintaqın məlumatına görə, qonaq birlikdə spirtli içki qəbul etdikdən sonra 51 yaşlı tanışına hücum edib, onu huşunu itirənə qədər döyüb, sonra isə anasına hücum edib. O, 83 yaşlı pensiyaçını zorlayıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Döyülən oğul da beyin silkələnməsi, qapalı kəllə-beyin travması, üz və sol qulağının açıq yaraları ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı iki cinayət işi başlanıb. Şübhəli polis tərəfindən axtarılır.

# 5859
avatar

Oxşar yazılar