Deputatın qətlinə görə avtoritetə cinayət işi açıldı:  başını və əllərini kəsib
16 yanvar 2026 13:11 (UTC +04:00)

Deputatın qətlinə görə avtoritetə cinayət işi açıldı: başını və əllərini kəsib

0

Rusiyada 1990-cı illərin kriminal avtoriteti, Sankt-Peterburqun Sərbəst Güləş Federasiyasının keçmiş prezidenti Vladimir Kulibaba deputatın qətlində ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun barəsində I çağırış Dövlət Dumasının deputatı Mark Qoryaçevin qətlə yetirilməsi ilə bağlı ittiham irəli sürülüb.

Qeyd olunur ki, cinayətdə Kulibabayla yanaşı, DİN nazir müavininin beynəlxalq axtarışa verilmiş keçmiş köməkçisi Dmitri Skvortsov da ittiham olunur. İşin bu il məhkəməyə göndəriləcəyi bildirilir.

İstintaqın versiyasına görə, cinayət 1997-ci ilin martında törədilib. Konstantin Yakovlevin (Kostya Mogila) zəmanəti ilə böyük məbləğdə borc götürən Qoryaçev Torjkov bazarında oğurlanıb. Daha sonra onu Leninqrad vilayətinin Vıborq rayonunda Kulibabanın bağ evinə aparıblar və orada qətlə yetiriblər. Başsız və əllərinin biləkləri olmayan cəsəd isə Finlandiya körfəzinə atılaraq batırılıb. Cinayət uzun illər açılmamış qalıb.

Vladimir Kulibaba

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar