Daha bir şəhərdə "patı" satan tutuldu
20 oktyabr 2021 19:39 (UTC +04:00)

Daha bir şəhərdə "patı" satan tutuldu

Şirvanda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Həsənov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1806
avatar

Mehman Nəbiyev

Oxşar yazılar