Narkotikə görə saxlanılan Nofəl Hüseynov
05 mart 2021 13:12 (UTC +04:00)

Narkotikə görə saxlanılan Nofəl Hüseynov

Daha bir narkotik alverçisi tutuldu - VİDEO

Bakının Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının əldə etdiyi əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Nofəl Hüseynov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı əlavə olaraq gizlətdiyi 1 kiloqram 500 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Nofəl Hüseynov narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən əldə edib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 15-ci Polis Bölmsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

N.Hüseynov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bakıda narkotik alverçisi tutuldu

# 1824
avatar

Mehman Nəbiyev

Oxşar yazılar