Rusiya daha bir azərbaycanlı haqqında beynəlxalq axtarış elan edib.
Lent.az-ın məlumatına görə, Rusiya hüquq-mühafizə orqanları 35 yaşlı Rasim Babayevin tutulması üçün qırmızı bülletenlə İnterpola müraciət edib.
R. Babayev terror təşkilatının fəaliyyətinin təşkili və bu təşkilatın fəaliyyətində iştirak, habelə qeyri-qanuni silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilir.
R. Babayev Şabran rayonunun Yenikənd kəndində anadan olub.
Qeyd edək ki, dünən Rusiya hüquq-mühafizə orqanlarının terror qruplaşmalarında iştirakda təqsirləndirilən azərbaycanlı qadını beynəlxalq axtarışa verməsi barədə xəbər vermişdik.