Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Valeh İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” aşkar edilib.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Zeynalov saxlanılıb. Onun üzərindən narkotik vasitə olan “metamfetamin” aşkar edilərk götürülüb. İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Elvin İmanzadənin qanunsuz olaraq “metamfetamin” əldə edib saxlaması aşkar edilib.
Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində isə şəhər sakinindən külli miqdarda narkotik vasitə olan “marixuana” aşkar edilib. Natiq Şükürovun üzrəindən aşkar edilən narkotik vasitə müvafiq ekspertizaya təqdim edilib.
Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə sosial şəbəkələrdə narkotik vasitələri onlayn təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev saxlanılıb. Üzərindən külli miqdarda “heroin” aşkar edilən Ə. Hacıyev ifadəsində internet resurlarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.
Aşkar edilən faktlara üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.