Cinayət törədib qaçanlar Azərbaycana gətirildi
02 aprel 2021 15:44 (UTC +04:00)

Cinayət törədib qaçanlar Azərbaycana gətirildi

Oğurluq və quldurluqla axtarışa verilən iki nəfər Azərbaycana gətirilib.

Baş Prokurorlqudan Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Türkiyə vətəndaşı Avcı Əmrahın – 2019-cu il dekabrın 31-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Abşeron rayonu Digah qəsəbəsində yerləşən Aytən Hüseynovaya məxsus fərdi yaşayış evindən ümumilikdə 547 min manat dəyərində xüsusi ilə külli miqdarda qızıl-zinət əşyalarını oğurlamasına; Daşkəsən rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynli Elxan Saleh oğlunun– 2016-cı il avqustun 3-də Daşkəsən rayonunun Xoşbulaq kəndində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə Səbuhi Hətəmova qarşı quldurluq etməsinə  əsaslı şübhələr müəyyən edilib.

Onların barəsində beynəlxalq axtarış elan olunub.
 
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Mehman Nəbiyev

Oxşar yazılar