Çimərlikdə bir tona yaxın kokain tapıldı -  FOTO
26 may 2021 21:23 (UTC +04:00)

Çimərlikdə bir tona yaxın kokain tapıldı - FOTO

İngiltərənin cənubundakı sakinlər çimərliklərdən birində qeyri-adi bir tapıntı - ümumi çəkisi bir ton olan kokain aşkar ediblər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Böyük Britaniyanın cinayətkarlıqla mübarizə üzrə Milli agentliyindən məlumat verilib. 

Narkotik yükünün Şərqi Sasseks qraflığının Nyuheyven və Qastninq şəhərləri yaxınlığındakı sahilə mayın 24-də gətirildiyi bildirilir. Tozun suda davamlı olması üçün xilasetmə gödəkçələrinə yapışdırılan suya davamlı torbalara qoyulub.

Aşkarlanan kokainin ümumi məkisi 960 kiloqram, dəyəri 80 milyon funt sterlinqdir. 

Narkotikin Cənubi Amerikadan gəmi ilə gətirildiyi ehtimal edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Oxşar yazılar