Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Lent.az xəbər verir ki, qətlə yetirilən 1977-ci il təvəllüdlüdlü Mirxəqani Əhmədov 6 ildir məhkumluq həyatı yaşayır və yenicə azadlığa çıxıb.
Əldə etdiyimiz məlumata görə, qətlin səbəbi qisasdır.
Belə ki, M.Əhmədov vaxtıilə rayon sakinini döyərək onun sağlamlığına ciddi zərbələr vurub.
Onu qətlə yetirən döyülən şəxsin oğlu olub.
Araşdırma davam etdirilir.
***
24.102.2023
Saat 21:20
Cəlilabadda qətl törədilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Mirxəqani Mirnizami oğlu Əhmədov ürək nahiyəsindən bıçaq zərbəsi alıb.
O, ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.