Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Qəhrəmanov Hidayət Eyni oğlu burada yerləşən Bülbülə gölünün yaxınlığındakı sıx ağaclardan özünü asaraq həyatına son qoyub. Onun meyiti sakinlər tərəfindən ağacdan asılmış şəkildə aşkar edilib.
İddialara görə, H. Qəhrəmanov spirtli içki aludəçisi olub.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.