Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədo
27 sentyabr 2021 14:26 (UTC +04:00)

Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədo

Bu şəhərdə "patı" satanlar tutuldu

0

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakinləri Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə - metamfetamin (patı), heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2335

Oxşar yazılar