Bu il Azərbaycanda mindən çox narkotacir tutulub
16 may 2021 17:13 (UTC +04:00)

Bu il Azərbaycanda mindən çox narkotacir tutulub

Saxlanılan narkotik alverçilərinin 4-ü 16-18 yaş aralarındadır.

Lent.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının saytında məlumat verilib. Bildirilir ki, hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edir. Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Məsuliyyətə cəlb edilmiş 12 xarici ölkə vətəndaşından 4-ü İran, 3-ü Gürcüstan, 2-si Türkiyə, 2-si Ukrayna və 1-i Rusiya vətəndaşlarıdır.

2021-ci ilin I rübü ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 31 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 175 kq 847,482 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr  çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 71-i qrup halında törədilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 431 kq 475,208 qr narkotik vasitələr müsadirə edilib.

# 1809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar