Bir rayonda 3 narkotacir tutuldu
24 iyun 2021 16:15 (UTC +04:00)

Bir rayonda 3 narkotacir tutuldu

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əliabad kənd sakini R.Qasımov saxlanılıb.  Onun üzərindən 123 qramdan artıq narkotik vasitə heroin, 200 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Biləsuvar rayon sakinləri P.Ağayev və E.Rüstəmov saxlanılıblar. P.Ağayevin üzərindən narkotik vasitə olan qurudulmuş marixuana, E.Rüstəmovdan isə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

# 1308
avatar

Oxşar yazılar