Biləsuvarda qətl hadisəsi olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində baş verib. Biləsuvar sakini İlqar Həsənlini bacısı oğlu Röyal Qubadov bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.