Türkiyənin Burdur vilayətində dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, olay şəhərin Karayvatlar məhləsində dünən axşam saatlarında baş verib. Ramazan.T. adlı bir nəfər 28 yaşlı Xədicə İşıqın işlədiyi supermarketə gələrək əlindəki ov tüfəngi ilə ona üç dəfə atəş açıb. Nəticədə qadın hadisə yerindəcə ölüb.
Orada olan qadının əri Mehmet İşıq cinayətkara hücum çəkərək əlindən tüfəngi alıb. Ramazan.T. isə Mehmet İşığa “Sizinlə işim bitmədi, görüşəcəyik” deyərək, qaçıb.
Cinayəti törədən Ramazan.T.nı polis əməkdaşları bağ evində saxlayb.
Qətlə yetirilən Xədicə İşıq və əri
Qətlə yetirilən Xədicə İşıq və qızı
Xədicə İşığın qətlə yetirildiyi məkan