Bal oğurluğuna görə axtarılan tutuldu -  FOTO
19 may 2021 17:11 (UTC +04:00)

Bal oğurluğuna görə axtarılan tutuldu - FOTO

İsmayıllı polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğa görə axtarışda olan Salyan rayon sakini Valeh Kazımov Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, V.Kazımov bir müddət öncə tanışı Məhəmməd Əmrəliyev ilə birlikdə İsmayıllının Bizlan kəndi ərazisindəki mağazadan, eləcə də bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən bal oğurlamaqda şübhəli bilindiyi üçün barəsində axtarış elan edilib.

M.Əmrəliyev isə polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Mehman Nəbiyev

Oxşar yazılar