Saxlanılan şəxslər
25 oktyabr 2021 16:58 (UTC +04:00)

Saxlanılan şəxslər

Bakının mərkəzində narkotik bazarı: 15 nəfər tutuldu - VİDEO

Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış parklanma yerində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri Eldəniz Əkbərov, Cavid Məhərrəmov və Vüsal Saydov tutulublar.  Onların üzərində axtarış zamanı narkotik vasitələr və onları istifadə etmək üçün lazım olan digər ləvazimatlar aşkar olunaraq götürülüb.

Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının son 10 gündəki digər əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 12 nəfər saxlanılaraq ərazi üzrə polis bölmə və şöbələrinə gətiriliblər. Əməliyyat nəticəsində paytaxt sakinləri Dəyanət Muxtarov, Sənan Həsənov, Vüqar İbrahimov, İlkin Həsənov, Abbas Məmməfov. Rüfət Ələsgərli, İlkin Əhmədov, Əziz Musayev, Rauf Ələkbərov, Natiq Abbasov, Seymur Daşçıyev və Rasim Rəhimov tutulublar. Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bakıda narkotik satan 15 nəfər tutuldu

# 2547
avatar

Mehman Nəbiyev

Oxşar yazılar