Bakının mərkəzində marketin şüşəsini sındırıb qarət etdilər -VİDEO
28 aprel 2021 15:29 (UTC +04:00)

Bakının mərkəzində marketin şüşəsini sındırıb qarət etdilər -VİDEO

Bakının Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə gün əvvəl rayon ərazisində yerləşən marketlərin birinin pəncərəsini sındıraraq ora daxil olub obyektdən 834 manatlıq müxtəlif növ tütün və şirniyyat məhsulları, habelə, kassadan 20 manat pul oğurlanmaqda şübhəli bilinən İmişli rayon sakini Zaur Gözəlov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z.Gözəlov cari ilin aprel ayında həmyerlisi Şəhriyar Musayevlə birlikdə Nəsimi rayonu ərazisində talama məqsədi olmadan müxtəlif şəxslərə məxsus iki “VAZ 2107” və bir “Ford Transit” markalı nəqliyyat vasitələrini qaçırıb. Həyata keçirilən əməliyyat nəticəsində Ş.Musayev də saxlanılaraq istintaqa təqdim edilib. Hər iki şəxs ifadələrində etdikləri cinayətləri etiraf ediblər.

Onlar barəsində Nəsimi rayon Polis İdarəsinin İsitntaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 185.2.1, 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Zaur Gözəlov və Şəhriyar Musayevin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakının mərkəzində silsilə oğurluq edənlər saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45