Bakının mərkəzində evdən külli miqdarda heroin tapıldı
29 may 2021 13:13 (UTC +04:00)

Bakının mərkəzində evdən külli miqdarda heroin tapıldı

Bakıda evdən külli miqdarda narkotik maddə tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində əməliyyat tədbirləri keçiriblər. Nəticədə Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş G.Abışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 160 qram heroin, 792 qram metamfetamin və 2 ədəd elektron tərəzi götürülüb.

Həmçinin Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında  əməliyyat tədbiri keçiriblər. Nəticədə Bakı şəhər sakini E.Eyyubovun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış keçirilib. Bu zaman oradan sərnişini - paytaxt sakini S.Həsənzadəyə məxsus 1 kiloqram 172,5 qramdan artıq heroin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Mehman Nəbiyev

Oxşar yazılar