Dələduzluq edərək kartlardan pul götürən Ramil Orucov
01 mart 2021 11:01 (UTC +04:00)

Dələduzluq edərək kartlardan pul götürən Ramil Orucov

Bakıda yaşlı insanları aldadan tutuldu - VİDEO

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 900 manatı ələ keçirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə kart sahibi Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.

Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən 20-dən artıq şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladığını bildirib.

Qeyd edək ki, R.Orucovdan əsasən ahıl şəxslər təqaüd kartlarından pul çıxarılması üçün kömək istəyiblər.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ciayət işi başlanılıb. Ramil Orucovun Suraxanı rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı rayon Polis İdarəsi, 31-ci Polis Bölməsi və ya ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Bakıda dələduzluqla kartlardan pul götürən şəxs tutuldu

# 1695
avatar

Mehman Nəbiyev

Oxşar yazılar