Bakının Hövsan qəsəbəsindən oğurluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, martın 13-də Hövsan qəsəbəsindəki yaşayış komplekslərindən birinin həyətindən 4275 manat dəyərində 265 metr yüksək gərginlikli elektrik naqili oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri M.Seyidov və S.Nağıyev saxlanılıblar.