Bakıda baş verən oğurluq hadisəsinin üstü açılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, 2016-cı il noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 13.600 manat, 3000 rubl pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - R.Balakişiyev və V.Hacıyev müəyyən edilərək saxlanılıblar.