Bakıda ticarət mərkəzində qadına qarşı soyğunçuluq
30 iyun 2021 13:13 (UTC +04:00)

Bakıda ticarət mərkəzində qadına qarşı soyğunçuluq

İyunun 29-da Qaradağ rayonundakı ticarət mərkəzlərinin birində naməlum şəxs Tovuz rayon sakini S.Orucovanın içərisində 600 manat dəyərində geyim əşyaları olan bağlamasını açıq talama yolu ilə aparıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş X.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Mehman Nəbiyev

Oxşar yazılar