Bakıda sərnişin sürücünü qarət etdi
04 oktyabr 2023 16:22 (UTC +04:00)

Bakıda sərnişin sürücünü qarət etdi

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 3-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sürücünün pulu soyğunçuluq yolu ilə əlindən alınıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisədə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş H.Əhmədzadə saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2790
avatar

Oxşar yazılar