Bakı sakininə qarşı quldurluq edilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, aprelin 5-də naməlum şəxslər Bakı şəhər sakini Ə.Abdullayevi bıçaqla hədələyib 23 manat pulunu quldurluq yolu ilə talayıb.
Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş E.Həşimov və qardaşı saxlanılıblar.