Bakıda evdə soyğunçuluq olub.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, yanvarın 24-də Z.Rəhimovanın evindən içərisində 4300 manat pul, şəxsiyyət vəsiqəsi və sosial kart olan çantası soyğunçuluq yolu ilə talanıb.
Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini V.Vəliyev saxlanılıb.