Baş Prokurorluq Bakıda polis əməkdaşının arvadını ödlürməsi faktı ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mtəbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Saat: 10:08
Bakıda pols əməkdaşı qətl törədib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saat 9 radələrində Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
İ.Məmmədov saxlanılıb.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.