13:54 8 aprel 2021

Bakıda narkotik alverçisi saxlanıldı

Bakı sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Sabunçu rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

# 312
avatar

Mehman Nəbiyev

Oxşar yazılar