Bakı sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Alıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.