Bakıda köşk qarət olunub.
Daxili işlər Nazirliyindən Lent.az-a verilən məlumatagörə, 2020-ci il oktyabrın 29-da Sabunçu rayonu ərazisindəki köşklərin birindən 2400 manat pul oğurlanıb.
Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Qurbanov və F.İbrahimov saxlanılıblar.