Bakıda idmançını öldürən gənc MƏHKƏMƏDƏ  - FOTO
06 iyul 2021 09:34 (UTC +04:00)

Bakıda idmançını öldürən gənc MƏHKƏMƏDƏ - FOTO

Bakıda idmançını qətlə yetirən Əli Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, bu il martın 1-də günorta saatlarında paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 22 yaşlı Nəsibov Bəxtiyar Əli oğlu bıçaqlanaraq öldürülüb.

Qətlə yetirilən Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 19 yaşlı Abbasov Əli Allahverdi oğlu ilə mübahisə yaşanıb.

Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qətlə yetirilən idmançı Bəxtiyar Nəsibov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2268
avatar

Mehman Nəbiyev

Oxşar yazılar