Bakıda evlərdən 23 minlik oğurluq edən tutuldu
27 sentyabr 2021 15:41 (UTC +04:00)

Bakıda evlərdən 23 minlik oğurluq edən tutuldu

Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 17-də Binə qəsəbəsindəki evlərin birindən 7100 manat pul oğurlanıb.

Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Suraxanı rayonu ərazisindəki iki evdən 1950 manat pul və 13.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

# 1449
avatar

Mehman Nəbiyev

Oxşar yazılar