13:26 26 fevral 2021

Bakıda evin zirzəmisindən külli miqdarda narkotik tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkar edilib. 

Davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və 1 ədəd müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi götürülüb.

# 498
avatar

Mehman Nəbiyev

Oxşar yazılar