Bakıda evə basqın olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girmiş şəxs ona, arvadına və oğluna bıçaqla xəsarət yetirib.
Bu barədə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı araşdırma aparılır.