Bakıda itkin düşən qız tapılıb.
Lent.az-ın xəbərinə görə, aprelin 3-də axşam saat 17 radələrində Bakı şəhər sakini 26 yaşlı Mirac İbadova “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı yaşadığı evdən çıxaraq itkin düşüb. Məlumata əsasən, o, evdən çıxarkən intihar edəcəyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, 7 saylı Sabunçu birləşmiş şəhər Xəstəxanasında tapılıb. Bildirilir ki, M.İbadova evdən çıxandan sonra küt alətlə qollarını kəsib. Qanaxma güclü olduğundan adıçəkilən xəstəxanaya üz tutub.
Gənc qız tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, hadisənin sevgi məsələsinə görə baş verdiyi bildirilir.