Bakıda evdən güclü təsirə malik narkotiklər tapıldı
09 iyun 2021 12:06 (UTC +04:00)

Bakıda evdən güclü təsirə malik narkotiklər tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Süleymanov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi  axtarış zamanı ondan 9 qram heroin aşkar edilib.

Davam etdirilən tədbirlələ onun Ramana qəsəbəsindəki yaşadığı evdən 6 kiloqram 80 qram heroin, 2 kiloqram 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

Mehman Nəbiyev

Oxşar yazılar