Bakıda evdən 18 minlik oğurluq olub
29 iyun 2021 12:45 (UTC +04:00)

Bakıda evdən 18 minlik oğurluq olub

Bakıda evdən külli miqdarda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda 3 evdən ümumilikdə 2640 manat pul və 15.440 manat dəyərində məişət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Rəcəbov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1176
avatar

Mehman Nəbiyev

Oxşar yazılar