Bakıda evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 3-də Xətai rayonu ərazisindəki bir evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə mobil telefon oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 35-ci və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ü.Hacıyev və R.Cavadov saxlanılıblar.