Bakının Suraxanı rayonunda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyat zamanı Suraxanı, Əmircan, Bülbülə, eləcə də, rayonun inzibati ərazisinə daxil olan digər kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər tutulub. Həmin şəxslər paytaxt sakinləri Əliağa Vahabov, Sərdar Quliyev, Tərlan Abbasov, Baba Şabanov, Əlisəttar Musayev, Nazim Musayev, Firuz Rəsulov, Yaşar Rzayev və Tofiq İbrahimovdan heroin, tiryək, metamfetamin və digər növdən olan narkotik vasitələr aşkar edilib. Adları sadalanan şəxslər barəsində Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermə bilərlər