Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, yaralı xəstəxanaya yerləşdirilib. Həyat yoldaşı tərəfindən bıçaqlanan 1977-ci il təvəllüdlü Məmmədova Gülmira Cümşüd qızının vəziyyəti ağırdır. O, 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
***
00.40
Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonu Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.