Bakıda "BOMJ"u bir yumruqla ÖLDÜRDÜLƏR
01 sentyabr 2021 12:35 (UTC +04:00)

Bakıda "BOMJ"u bir yumruqla ÖLDÜRDÜLƏR

Səbail rayon Polis İdarəsinə avqustun 31-də rayon ərazisində Bakı şəhər sakini, tüfeyli həyat tərzi keçirən Eldar Qurbanovun baş nahiyəsində əzik xəsarəti olan meyitinin tapılması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalar zamanı avqustun 30-da saat 1 radələrində E.Əzizov küçəsində yaşayan M.Həmidov və R.Alyoşkinin E.Qurbanovla münaqişə etməsi və R.Alyoşkinin E.Qurbanovu yumruqla vurduqdan sonra başı divara dəyməsi nəticəsində ölməsi müəyyən edilib.

Əməliyyat axtarış tədbirləri nəticəsində M.Həmidov və R.Alyoşkin saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar rayon prokurorluğunda aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7776
avatar

Oxşar yazılar