Bakıda arvadını öldürən kişi HAKİM QARŞISINDA
30 mart 2021 17:56 (UTC +04:00)

Bakıda arvadını öldürən kişi HAKİM QARŞISINDA

Bakıda arvadını öldürən Elşən Kərimovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş hakim Rafiq Abbasovun icraatına verilib.

Xatırladaq ki, ötən il dekabrın 23-də saat 18 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 29 yaşlı Məmmədova İlkanə Nofəl qızının meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 28yaşlı Kərimov Elşən Şirzad oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla İlkanə Məmmədovaya xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Elşad Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar