Mayın 17-də Xətai rayonu ərazisindəki evlərin birindən 4000 manat pul və 6400 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən E.Hacıyeva və qızı L.Hacızadə saxlanılıblar.