Bakıda AİLƏ DRAMI:  arvadını parkda   öldürdü
08 aprel 2025 10:28 (UTC +04:00)

Bakıda AİLƏ DRAMI: arvadını parkda öldürdü

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən parkda baş verib.

Bakı şəhər sakini, 45 yaşlı Natiq Zakir oğlu Məhərrəmov qısqanclıq zəminində arvadı, 39 yaşlı Sevinc Tofiq qızını bıçaqlayaraq öldürüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törədən N.Məhərrəmov tutulub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2680

Oxşar yazılar