Bakıda ağır qəzada 4 nəfər yaralandı-YENİLƏNİB
29 yanvar 2021 10:52 (UTC +04:00)

Bakıda ağır qəzada 4 nəfər yaralandı-YENİLƏNİB

Binəqədidə avtobusla betonqarışdırna maşının toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, bugün səhər saatlarında Binəqədi rayonu ərazisində avtobusla yük maşınının toqquşması nəticəsində 3 nəfər  müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 1 nəfər isə hospitalizasiyadan imtina edib. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

***

Saat: 10:06

Bu gün səhər saatlarında Binəqədi şossesində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, “Manella MMC”-nin müvəqqəti istismarında olan 108 A müntəzəm marşrut xətti üzrə "10 TG 635" Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.  

Hadisə ilə bağlı BNA tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

Şahidlərini bildirdiyinə görə, hadisə yerinə 6 təcili tibbi yardım maşını cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6489
avatar

Mehman Nəbiyev

Oxşar yazılar